Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb - YENİLƏNİB
Yusif Nəzərli
06:26 24.10.2025
Dünya
356
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasında Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan istintaqın 4 iyulda casusluq ittihamı ilə həbs edilən Hüseyn Günün rəqəmsal materiallarına əsaslandığı bildirilir.
Açıqlamada “bir çox xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı” deyilən Hüseyn Günün İmamoğlunun müşaviri Necati Özkana “təlimat verdiyini göstərən danışıqlar apardığı” qeyd olunub.
Baş Prokurorluğun açıqlamasında jurnalist Merdan Yanardağın Hüseyn Günlə “casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqələr və yazışmalarının olduğu” bildirilir. Həmçinin, Yanardağın “seçki prosesi üçün mətbuat bölməsini təşkil etdiyi, Hüseyn Gündən müavinət aldığı və 2019-cu ildə yerli seçkiləri manipulyasiya etmək üçün xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi və bununla da casusluq cinayəti törətdiyi” iddia edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı digər istintaq işi üzrə iddia edilir ki, "İstanbul Senin" tətbiqi vasitəsilə "4,7 milyon insanın şəxsi məlumatlarının xarici ölkələrə ötürülməsi", "İBB HANEM" tətbiqi vasitəsilə isə "11 milyon insanın seçki qutusu məlumatlarının emal edilərək proqram xaricinə ötürülməsi" həyata keçirilib.
İstintaq çərçivəsində 13 nəfər barəsində həbs qərarı verilib.
***
10:05
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu, İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu bu ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.
Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya