
Ekspert: “PKK-nın tərkisilah prosesi ehtiyatla izlənilməlidir”
14:20 28.10.2025
Dünya
591
Həşim Səhrablı: PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz
Yaxın Şərqdə və xüsusilə Türkiyə ətrafında baş verən geosiyasi proseslər regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərməkdədir. Bu kontekstdə PKK-nın Türkiyədən geri çəkilməsi və tərkisilah prosesi ilə bağlı atdığı addımlar diqqət mərkəzindədir. Proses bir tərəfdən regionda silahlı toqquşmaların azaldılması istiqamətində müsbət addım kimi dəyərləndirilsə də, digər tərəfdən təşkilatın terror xarakteri və əvvəlki təcrübələr bu qərarların davamlılığına dair ehtiyatlı yanaşmanı zəruri edir. PKK-nın geri çəkilməsi həm Türkiyənin daxili təhlükəsizlik siyasətinə, həm də sərhədyanı bölgələrdəki qüvvələr balansına təsir edən mühüm hadisədir. Bununla yanaşı, Suriyada, İraqda və digər yaxın regionlarda mövcud qeyri-sabitlik, radikal qrupların fəaliyyəti və dövlət nəzarətinin zəifliyi bu prosesin nəticələrini daha mürəkkəb və çoxşaxəli edir. Buna görə də baş verən hadisələr təkcə təhlükəsizlik aspektindən deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq kontekstində təhlil edilməlidir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"PKK-nın Türkiyədən geri çəkilməsi və sərhəd boyunca digər ölkələrdə toqquşma riskinin mövcudluğu, təşkilatın əvvəl qəbul etdiyi tərkisilah qərarının növbəti mərhələsi kimi dəyərləndirilə bilər. Hüquqi baxımdan PKK-nın müəyyən addımlar atması qeyd edilməsinə baxmayaraq, onun terror təşkilatı olması səbəbilə bu cür hüquqi öhdəliklərin və bəyanatların tam etibarlı olub-olmadığı şübhə doğurur. PKK nə bir sivil cəmiyyət, nə də dövlət strukturu olduğundan götürdüyü hüquqi öhdəliklərin daim əməl ediləcəyini avtomatik qəbul etmək mümkün deyil. Əvvəlki mərhələdə silahların zərərsizləşdirilməsi və bəzi yüksək rütbəli üzvlərin Türkiyə tərəfinə təslim olması müşahidə olunub. İndi isə Türkdən bütün silahlı qüvvələrinin çıxarılması və özü-özünü Türkiyə sərhədlərindən uzaqlaşdırmaq qərarı prosesin davamı kimi qiymətləndirilə bilər və bu, atılan addımların müəyyən ciddiyyətə malik olduğunu göstərir. Buna baxmayaraq ehtiyatı əldən verməmək vacibdir, təşkilatın istənilən vaxt öhdəliklərindən geri dönmə ehtimalı mövcuddur.
Əgər PKK öhdəliklərini pozarsa, uyğun cavab tədbirləri gündəmə gələcək. Qorxuducu və zorakı metodlardan istifadə məsələsi siyasi və hüquqi debatlara səbəb olur. Belə hallarda mübarizə üsullarının seçimi dövlətlərin strateji qərarlarına bağlıdır. Türkiyə hökuməti də prosesləri və bütün ehtimalları qiymətləndirir".
Ekspert bildirib ki, regionda ümumi qeyri-sabitlik fonunda Suriyada, İraqda və digər məkanlarda fərqli terror qruplarının fəaliyyəti davam edir:
"Bu qeyri-sabitlik bir tərəfdən bəzi dövlətlərin ərazilərinə tam nəzarət edə bilməməsi ilə bağlıdır və nəticədə həmin ərazilər müxtəlif radikal qrupların yuvasına çevrilir. Burada PKK yalnız bütün terror təşkilatlarını təmsil etmir; onun ləğvi və ya fəaliyyətinin məhdudlaşdırılması digər qrupların davranışında avtomatik dəyişiklik yarada bilməz.
Digər terror təşkilatları öz fəaliyyətlərini davam etdirə bilər və bu təhlükənin qarşısını almaq üçün vahid yanaşma tələb olunur. Hüquqazidd, sivil cəmiyyət prinsiplərinə və beynəlxalq normalara zidd fəaliyyət göstərən qruplarla mübarizə siyasi, diplomatik və lazım gəldikdə hərbi vasitələrin kombinasiyasını tələb edə bilər. Lakin hər bir halda uzunmüddətli sülh və stabilliyin təminatı üçün regional aktorların, beynəlxalq təşkilatların və qonşu dövlətlərin əməkdaşlığı vacibdir.
Nəticə olaraq, PKK-nın geri çəkilməsi və əvvəlki tərkisilah addımları prosesin müsbət mərhələsi kimi qiymətləndirilə bilər, lakin bu addımların davamlılığı və regional sabitliyə təsiri ehtiyatlı qiymətləndirmə və davamlı nəzarət tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm