Kubada yanacaq böhranı elektrik kəsintilərinə, uçuşların ləğvinə və təxminən 30 otel və kurortun müvəqqəti bağlanmasına səbəb olub.
Sherg.az xəbər verir ki, ABŞ-nin neft tədarükünü məhdudlaşdırması böhranı daha da dərinləşdirib.
Saatlarla davam edən planlı elektrik kəsintiləri, yanacaq çatışmazlığı və uzun növbələr ölkəni çətin vəziyyətdə qoyub. Bir sıra ölkələr vətəndaşlarını Kubaya səfərdən çəkindirib. Bəzi Kanada və Rusiya aviaşirkətləri sərnişinləri təxliyə etmək üçün boş təyyarələr göndərir.
Turizm Kubanın əsas valyuta mənbələrindən biridir. Turist sayının azalması artıq 300 minə yaxın kubalının dolanışığına təsir edir. 2019-2025-ci illərdə turizm gəlirləri 70 faiz azalıb.
Meksika donanması 800 tondan çox humanitar yardım göndərsə də, ekspertlər adanı “fəlakətli il”in gözlədiyini bildirirlər.