Əli Xamneyi: Sanksiyalar ləğv edilsə, İran öhdəliklərini yerinə yetirəcək
13:08 07.02.2021
Dünya
734
Əgər Amerika tətbiq etdiyi iqtisadi sanksiyaları tamamilə aradan qaldırsa, onda İran nüvə razılaşmasına görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Sherg.az Azərtac-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi İslam inqilabının 42-ci ildönümü münasibətilə hərbçilərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, 2015-ci ildə rəsmi Tehran ilə Qərb dövlətləri arasında İranın nüvə proqramı məsələsi müzakirə edilərkən sanksiyalar nisbətən yumşaldıldı və razılaşma əldə edilərək müqavilə imzalandı. Lakin müqaviləni İran tərəfi deyil, ABŞ pozaraq ondan çıxdı və sanksiyalar daha da sərtləşdi.
Ali Rəhbər diqqətə çatdırıb ki, ABŞ müqavilədən birtərəfli qaydada çıxdı. Avropa dövlətləri isə müqavilədə iştirak etsələr də, konstruktiv addım atmadılar. Ona görə də indi nə ABŞ, nə də Avropa dövlətləri İrana şərt qoya bilməzlər. İran öz öhdəliklərini yalnız sanksiyalar aradan qalxdıqdan sonra yerinə yetirməyə başlayacaq.
Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Co Bayden seçkiqabağı təşviqat kampaniyasında Donald Trampın İran siyasətini tənqid edərək, bunun düzgün olmadığını və məsələyə yenidən baxılmasının zəruriliyini bəyan etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya