Tesla və SpaceX-in baş direktoru Elon Mask, Avropa qurumlarına yönəlmiş tənqidlərini davam etdirir.
Sherg.az xəbər verir ki, bir neçə gün əvvəl Avropa Birliyinin (AB) “ləğv edilməsini” müdafiə edən və AB rəsmilərinin reaksiyasına səbəb olan Mask, sahibi olduğu X (əvvəlki adıyla Twitter) platformasındakı hesabında belə yazıb:
“Avropa Birliyi demokratiya, yəni xalqın idarəçiliyi deyil, əksinə bürokratiyadır, yəni seçilməmiş bürokratların idarəçiliyi.”
Mask digər paylaşımlarında da “AB nə zaman dağılacaq?” sualını vermiş və “AB-nin ləğv edilməli olduğunu, suverenliyin yenidən milli dövlətlərə qaytarılmasının lazım gəldiyini” irəli sürmüşdü.
AB-yə bağlı Avropa Komissiyası, Maskın sahibi olduğu sosial media platforması X-ə AB-nin Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğu üçün 120 milyon avro məbləğində cərimə tətbiq etmişdi.
Mask, qərardan sonra verdiyi açıqlamada belə demişdi:
“İnsanların ifadə azadlığını müdafiə edəcəyəm, bu mənə maddi itki gətirsə belə.”