Elon Maskdan Venesuelaya pulsuz internet

Elon Mask ABŞ-ın 3 yanvarda Venesuelada həyata keçirdiyi əməliyyata dəstək verdiyini açıqlayıb və ölkəyə Starlink vasitəsilə 1 ay pulsuz internet təmin ediləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Mask Venesuela prezidenti Nikolas Maduronun ölkədən çıxarılmasından sonra onu “amansız tiran” adlandırıb və Venesuelanın rifaha qovuşa biləcəyini deyib. O, sosial şəbəkə X üzərindən 3 fevrala qədər Venesuela xalqına pulsuz genişzolaqlı internet veriləcəyini paylaşıb. Mask həmçinin ABŞ prezidenti Donald Trampı əməliyyat münasibətilə təbrik edərək, bunu dünya üçün qələbə və diktatorlara mesaj kimi qiymətləndirib.