
Elxan Şahinoğlu: ABŞ ilə Avropa arasında böyük uçurum yaranır
Yusif Nəzərli
07:00 07.02.2025
Dünya
403
Brüssel Tramp administrasiyasının Pekinlə ticarət müharibəsindən faydalanmaq istəyir
Netanyahu üçün də gözlənilməz oldu
Tramp fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-nin nəzarətinə verilməsi gərəkliyini bildirib
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin Baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirib, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi.
Bu sözləri “Sherg.az"a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Trampın “alqı-satqı” siyasətinin beynəlxalq aləmin əsas probleminə çevrildiyini vurğulayan politoloq qeyd edib ki, Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-nin nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub:

“ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb. Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verilməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayen fevralın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib. Halbuki Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarət müharibəsindən faydalanmaq istəyir”.
E.Şahinoğlunun fikrincə, Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək:
“Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. Onun çinli həmkarı Si Cinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. Aydındır ki, Tramp Cinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu, praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. Məhz buna görə ABŞ-nin Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. Bununla yanaşı, Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-də insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub”.
Donald Trampın beynəlxalq aləmdə geniş müzakirə olunan növbəti qərarına toxunan politoloq bildirib ki, Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır:
“Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb. Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd edib. 2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dir.
Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrinə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya