Emi Karlon: ABŞ Azərbaycanın yəhudi icmasına göstərdiyi hörməti yüksək qiymətləndirir

Azərbaycanın şimal bölgəsinə ilk səfəri çərçivəsində Müvəqqəti İşlər Vəkili Emi Karlon Qırmızı Qəsəbəyə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, o, Azərbaycanın yerli yəhudi icmasının üzvləri ilə görüşüb, tarixi Altı Günbəz sinaqoqunu və Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

“Amerika Birləşmiş Ştatları Azərbaycanın yəhudi icmasına göstərdiyi hörməti və dini müxtəlifliyə sadiqliyini yüksək qiymətləndirir”,- E.Karlon vurğulayıb.