Epsteinin ortağının həbsxana görüntüləri yayıldı

Yeni yayımlanan təhlükəsizlik kameraları görüntüləri, uşaqlara qarşı cinsi istismar və insan alveri ittihamlarından məhkum edilmiş Ghislaine Maxvellin Nyu-Yorkdakı həbsxanada keçirdiyi günləri əks etdirir.

Sherg.az xəbər verir ki, görüntülərdə Maxvellin narıncı həbsxana geyimində hücrəsində gəzdiyi, otaq əşyaları təmizlədiyi və yatağına qayıdaraq çarşaflarını düzdüyü görünür.

Bir epizodda o, oxuma eynəyi ilə yatağına uzanaraq kitab oxuyur və şəraitə baxmayaraq sakit görünür. Görüntülər onun əsnəyərək yenidən yatağına uzanması ilə sona çatır.

Qalereya