Epsteyin qalmaqalında qorxunc təfərrüatlar: “Ölüm sifarişi” ortaya çıxdı

Pedofil Jeffrey Epsteyinin sənədlərinin sızdırılması ilə onun qaranlıq detalları gün üzünə çıxır.

Sherg.az xəbər verir ki, yeni açıqlanan sənədlərə görə, 2018-ci ildə Epsteyin təxminən 1.25 ton sulfat turşusu alıb. Sosial mediada bu sifariş “ölüm sifarişi” kimi şərh olunub, bəzi istifadəçilər bunun qurbanların bədənlərini gizlətmək üçün istifadə oluna biləcəyini irəli sürüb.

Ekspertlər sulfat turşusunun çox aşındırıcı olduğunu, sümükləri və dişləri həll edə biləcəyini bildirirlər. Tarixi analoqlar arasında “Asit Banyosu Qətlkarı” John George Haighin 1940-cı illərdə eyni kimyəvi ilə qurbanlarını gizlətməsi xatırladılır.

Epsteyin 2019-cu ilin avqustunda Nyu York Manhattan Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb. Sənədlərdə Prens Andrev, Donald Tramp, Bill Klinton, Mixael Jackson və digər məşhurların adı keçir. FBB və ABŞ Ədliyyə Nazirliyi araşdırması nəticəsində Epsteyinin hücrəsində intihar etdiyi qənaətinə gəlinib.