"Cenevrədə İran və ABŞ nümayəndələri arasında baş tutan dolayı danışıqların ikinci raundu məhsuldar və konstruktiv məcrada yekunlaşıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı rəsmi bəyanatla çıxış edib.
"Bu raund zamanı aparılan müzakirələr əvvəlki mərhələ ilə müqayisədə kifayət qədər ciddi xarakter daşıyırdı və görüşdə daha konstruktiv atmosfer hökm sürürdü", - deyə Əraqçı vurğulayıb.
Nazirin sözlərinə görə, İran və ABŞ nüvə sazişi layihəsini tərtib edib müzakirəyə çıxardıqdan sonra danışıqların üçüncü raundunun dəqiq tarixini müəyyənləşdirəcəklər. Əraqçı, həmçinin qeyd edib ki, ikinci raund çərçivəsində tərəflər ötən məsləhətləşmələrə nisbətən "daha ciddi və əhəmiyyətli məsələləri" müzakirə ediblər.