Ərdoğan ABŞ sevdasından vaz keçməyəcək
06:13 21.02.2021
Dünya
691
Türkiyə və Amerika Birləşmiş Ştatları arasında ortaq maraqlara istinad edən, güclü, hərtərəfli strateji müttəfiqlik əlaqələri mövcuddur.
Sherg.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Amerikan Milli İdarəçilik Komitəsinin telekanalı olan TASC TV-nin fasiləsiz yayıma başlaması münasibətilə yayımlanan xüsusi proqrama göndərdiyi videomesajında deyib.
"Zaman-zaman məsələlərə baxışımızla bağlı fikir ayrılıqları olsa da, ortaqlığımız bugünə qədər hər cür çətinliklərin öhdəsindən gəlməyə qadir olub. Son dövrlərdə də Türk-Amerikan dostluğunun ciddi şəkildə test edildiyi prosesi hamımız birlikdə yaşadıq. Xüsusilə PKK terror təşkilatı və onun qolları ilə mübarizə məsələsində NATO müttəfiqimizdən arzu etdiyimiz dəstəyi görmədik. Eynilə Amerika rəsmilərinə dəlillərlə dolu qovluqlar göndərməyimizə baxmayaraq, FETÖ başçısıyla bağlı 4 ildir heç bir addımın atılmaması millətimizi və 251 şəhidimizin ailəsinin qəlbini dərindən yaralayıb. Demokratiya və azadlıqlar məsələsində iddiaçı olan bir ölkənin demokratiyaya qəsd edən qiyamçılara qucaq açması çok böyük ziddiyyətdir", - Ərdoğan deyib.
O, Amerikanın yeni rəhbərliyi ilə işbirliyini gücləndirmək istədiyini də dilə gətirib:
"Türkiyə olaraq, Amerika ilə ortaq mənfəətlərimizin fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu səbəbdən uzunmüddətli perspektivdə Amerikanın yeni rəhbərliyi ilə əlaqələrimizi daha da gücləndirmək istəyirik. Türkiyə, iki ölkə arasındakı müttəfiqlik və strateji ortaqlıq əlaqələrində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə davam edəcək"
Ərdoğan hər bir ixtilafdan xeyir güdən, Türkiyə əleyhdarı olan dairələrin Amerika ictimaiyyətini Türkiyə əleyhinə yönəltmək üçün gərgin şəkildə işlədiklərini qeyd edib.
"Bu diarələrin yalan və böhtanlarına siz lazım olan cavabı verirsiniz. Amerika toplumunun Türkiyəni daha yaxşı anlaması üçün çalışırsınız. Sizin səyləriniz həm iki ölkəni, həm də iki xalqı bir birinə daha da yaxınlaşdıracaq", - deyə Türkiyə prezidenti TASC TV-nin fəaliyyətinin Türkiyə-ABŞ münasibətlərinin istiləşdirilməsi istiqamətində mühüm rol oynayacağına inamını ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya