Ərdoğan: “Azərbaycanlı qardaşlarımızla 30 illik fəlakətləri başa çatdıran qələbənin sevincini yaşadıq”
11:47 21.11.2020
Dünya
790
“Zaman-zaman Ermənistanı üstümüzə qaldırmaqla Qafqazda yeni həmlələr etdilər”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.
Ərdoğan deyib ki, kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur:
“Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik fəlakətləri başa çatdıran bir qələbənin sevincini yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü, vəd edəcək heç bir layihəsi olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da heç nəyə nail olmayacaqlar. Qarşımızdakı bütün çətinliklərə rəğmən, yeni bir dönəmə başladıq. Məqsədimiz nə daxildə, nə xaricdə kimsə ilə savaş etmək, nə də kimsənin hüququnu pozmaqdır. Tam əksinə, dostlarımızla və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq qurmaq istəyirik. Avropa İttifaqından bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini gözləyirik. Gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik. Amerika ilə uzun və yaxın müttəfiqlik əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”.
Prezident Türkiyənin Rusiya və İran kimi tarixi kökləri olan qonşu ölkələrlə, eləcə də Türk dünyası və islam ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətinin olduğunu da vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm