Ərdoğan CHP liderinin ittihamlarına cavab verdi
Yusif Nəzərli
16:11 13.07.2025
Dünya
389
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəlin akim partiyaya yönəlik "ümmətçilik"lə bağlı ittihamlarına cavab verib.
Teleqraf xəbər verir ki, Ərdoğan partiyasının Kızılcahamamdakı toplantısında çıxışı zamanı bildirib:
"Niyə bu ölkənin türk, kürd, ərəb uşaqlarının bir-birini qucaqlaması sizi narahat etsin? Bizi ümmətçilikdə ittiham edirlər. Nə vaxtdan ümmətin birliyini müdafiə etmək günah sayılır?"
Ərdoan çıxışda "terrorsuz Türkiyə" planından da danışıb: "Ölkəmiz üçün yeni dövrün qapıları açılır. Türkiyə idealımızı addım-addım həyata keçiririk. Biz terrorun buxovlarından qurtulmağın astanasına çatırıq. Yarım əsrlik səbrimiz xilas edilir.Silahların təhvil prosesini diqqətlə izlədik. Heç kimin prosesi pozmağa, sabotaj etməyə, xırda çəkişmələrə girməyə haqqı yoxdur. Həyatda və siyasətdə hər şeyin təzminatı var, amma 86 milyon insanın əmin-amanlığına təsir edəcək belə bir həyati məsələdə güzəştə getməyin təzminatı yoxdur. Mənim millətim bunu bağışlamayacaq. Siyasətçilərin millət qarşısında borclarını yerinə yetirməli olduğu günlərdən keçirik. Türk millətinin gələcəyinə gəlincə, hər kəslə danışacağıq. Tənqid və təkliflərə açığıq, yetər ki, millətin xeyrinə olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual