Ərdoğan Kılıcdaroğluna qarşı 1 milyon lirəlik məhkəmə iddiası qaldırdı
20:05 11.01.2021
Dünya
533
Bundan başqa, Cümhuriyyət Xalq Partiyasının liderinə qarşı Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə Ankara Baş Prokurorluğunda cinayət işi açılıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğluna qarşı 1 milyon lirəlik məhkəmə iddiası qaldırıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə CNNTurk məlumat yayıb.
Ərdoğan Kılıcdaroğlundan ona "dırnaqarası prezident" dediyinə görə 1 milyon lirə mənəvi təzminat tələb edib.
Ərdoğanın vəkili Hüseyn Aydın bu barədə yazılı açıqlama yayaraq bildirib ki, Kılıcdaroğlu yanvarın 10-da Fəaliyyətdə Olan Jurnalistlər Günü münasibtilə etdiyi çıxışında prezident Rəcəb Tayyib Ərdoğana qarşı haqsız və əsassız iddialar və ittihamlar irəli sürüb. Bununla da prezidentin şərəf və ləyaqətini alçaldıb. Bu səbədən də Ankara məhkəməsində Kılıcdaroğluna qarşı iddiası irəli sürülüb.
H.Aydın Kılıçdaroğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi (Prezidentə qarşı təhqirami hərəkətlər etmək) ilə Ankara Baş Prokurorluğunda cinayət işinin açıldığını da bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya