Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şerif ilə telefon danışığı aparıb. Liderlər Türkiyə ilə Pakistan arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə etdilər.
Sherg.az xəbər verir ki, Ərdoğan dialoq zamanı bildirib ki, Pakistanda baş vermiş terror aktlarını qınayır, Türkiyə terrorla mübarizəsində Pakistanın yanında olmağa davam edəcək. O, deyib ki, Türkiyə Pakistan ilə Əfqanıstan arasında, ölkənin təşəbbüsü ilə əldə edilmiş atəşkəsin bərpasına töhfə verəcək.
Ərdoğan İran istiqamətinə edilən hücumlarla başlayan qarşıdurmalı proseslə bağlı bölgədə diplomatiyanın yenidən işə düşməsinin böyük fayda gətirəcəyini, Türkiyənin bu məsələdə əldən gələni etməyə hazır olduğunu vurğulayıb.