Ərdoğan Qəzzada atəşkəsə nail olunmasından məmnundur
Yusif Nəzərli
07:02 09.10.2025
Dünya
471
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin əldə olunması münasibətilə ABŞ, Qətər və Misirə təşəkkür edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Şarm Əl-Şeyxdə Türkiyənin də iştirakı ilə aparılan HAMAS–İsrail danışıqları nəticəsində əldə edilən atəşkəs razılaşmasından məmnun olduğunu bildirib.
“İsrail hökumətinin atəşkəsə təşviq edilməsində lazım olan siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti cənab Donald Tramp başda olmaqla, razılaşmanın əldə edilməsinə mühüm töhfələri olan qardaş ölkələr - Qətər və Misirə xüsusi təşəkkürümü bildirirəm. Türkiyə olaraq razılaşmanın tam şəkildə icra olunmasını yaxından izləyəcəyik və prosesə töhfə verməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.
O, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə