Ərdoğan Səudiyyə Ərəbistanı Vəliəhdi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Vəliəhd Prinsi Məhəmməd bin Salman ilə telefon danışığı həyata keçirib.

Teleqraf xəbər verir ki, onlar iki ölkə arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığın gələcək addımlarla daha da gücləndirilməsinin hədəfləndiyini bildirib. O, Türkiyənin Somali və Yəməndəki vəziyyəti yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün vacib olduğunu vurğulayıb və Türkiyənin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə dəstək verməyə hazır olduğunu söyləyib.

Ərdoğan həmçinin Qəzzada humanitar vəziyyətin qış ayları ilə daha da ağırlaşdığını qeyd edərək, Türkiyənin orada davamlı atəşkəsin təmin olunması və bölgənin bərpası üçün fəaliyyətini davam etdirəcəyini bildirib.