Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Əl Şara ilə telefon danışığı aparıb. Sherg.az xəbər verir ki, dialoq zamanı Türkiyə–Suriya ikitərəfli münasibətləri və Suriyadakı son vəziyyət müzakirə olunub.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb. O, Suriyanın terrorçulardan tam təmizlənməsinin həm Suriya, həm də bütün region üçün zəruri olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyənin terrorla mübarizə başda olmaqla, bir çox sahədə Suriyaya dəstəyinin artaraq davam edəcəyini qeyd edib.