Ermənistan və İran Türkmənistanda dəhliz məsələsini müzakirə etdi
Yusif Nəzərli
06:47 05.08.2025
Dünya
343
Türkmənistanda işgüzar səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Dənizə çıxışı olmayan ölkələrin III Konfransı” çərçivəsində İranın vitse-prezidenti Məhəmmədrza Arif ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasında mehriban qonşuluq və çoxsahəli əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildiriblər.
Söhbət zamanı iqtisadiyyat, enerji, infrastruktur, yüksək texnologiyalar və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib. Prezident Xaçaturyan İran şirkətinin Şimal-Cənub avtomobil dəhlizinin Mehri-Qacaran hissəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, onların regional kommunikasiyaların inkişafında əhəmiyyətini qeyd edib.
Tərəflər, həmçinin, ümumi regional vəziyyət və baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm