Ermənistanda keçən ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfərazalıb
14:09 06.12.2020
Dünya
609
Son günlər Ermənistan əhalisinin azalması, iqtisadiyyatın çökməsi və qalan əhalinin çox acınacaqlı vəziyyətə düşməsi barədə məlumatlar yayılır.
Bildirilir ki, cari il yanvarın 1-nə olan məlumata görə, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 959,7 min nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Statistika Xidməti yayıb.
Bildirilir ki, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfər, yaxud 0,2 faiz azalıb.
Qeyd olunub ki, Ermənistanda əhalinin sayının cari qeydiyyatı, əhalinin təbii artımı və miqrasiyası barədə məlumatlar 2011-ci ildə keçirilmiş son siyahıyaalmanın nəticələri əsas götürülərək aparılıb.
Mütəxəssislər və ekspertlər hesab edirlər ki, Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb ölkədə yoxsulluğun səviyyəsinin artması, ölkə iqtisadiyyatının çökməsi kimi dəlillər göstərilir. Bildirilir ki, hazırda Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizindən çoxdur. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü deməkdir.
Qeyd olunur ki, Azərbaycanla müharibədə Ermənistana bir neçə milyard dollar həcmində ziyan dəyib və bu da ölkə iqtisadiyyatını daha da çökdürüb. İndi hökumət əhalinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil. Ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür.
Ermənistan mətbuatı yazır ki, son iki ildə minlərlə sakin vətəndaşlıq almaq üçün xarici ölkələrə üz tutub. Müharibədəki məğlubiyyət və cəmiyyətdə yaranmış xaos, qorxu insanların xaricə axınını daha da artırıb.
Bəzi məlumatlara görə, təkcə son günlər ərzində dünyada və Ermənistanda hökm sürən koronavirus pandemiyasına baxmayaraq, yüzlərlə insan artıq Ermənistanı tərk edib. Bu axının 2021-ci illərdə daha atacağı və 100 mini keçəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, Ermənistanda demoqrafik böhran daha da dərinləşəcək.
Hökumət isə bu faktları əhalidən gizlətməklə, yalan vədlər verməklə, ordu quruculuğu və müharibə təhlükəsi ilə insanların fikrilərini yayındırmağa çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm