Ermənistanda qumbara atıldı: merin sürücüsü öldü

Ermənistanın Gorus şəhərində qumbaranın partlaması nəticəsində iki nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ölən şəxsin Gorus meri Aruş Aruşanyanın sürücüsü olduğu bildirilib. Digər ölən isə bir müddətdir Ermənistanda yaşamayan və ilkin məlumata görə, münaqişənin iştirakçısı olan uzaq qohumudur.

Yaralanan şəxsin bir müddət əvvəl Azərbaycandan Ermənistana gedən gənc olduğu deyilir. O, xəstəxanaya yerləşdirilib.