
Əsədin devrilməsi İrəvanın arzularının üstündən xətt çəkdi
Yusif Nəzərli
05:32 13.12.2024
Dünya
536
Ermənistan üçün ən böyük təhlükə indi Türkiyə və Azərbaycandan yox, məhz Rusiyadan gələ bilər
Əsəd rejiminin devrilməsi ilə Ermənistan Suriyadakı dayaqlarını itirdi. Suriya həm də erməni terror təşkilatlarının, erməni hərbi batalyonlarının fəallıq göstərdiyi coğrafiya idi. Bu terrorçuların Əsəd rejimi, Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi vardı. 90 mindən çox Suriya ermənisinin Azərbaycanın ovaxtkı işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsi idi. Paşinyan isə populistcəsinə seçkilərdə Əsədi qələbə münasibətilə təbrik edərkən israrla Əsədin səylərinin on ildən çox vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsi və dialoqun başlanmasına yönəldiyini deyərək onların ölkədə böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümidini ifadə edirdi. Məsələ burasındadır ki, özünü qərbpərəst kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq etməklə riyakarlıqdan əl çəkmirdi. O səbəbdən Əsədin devrilməsi Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Erməni ekspertlər hətta bunu İrəvan üçün faciə kimi şərh ediblər.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Suriyada Əsəd rejiminin devrilməsində Rusiya və İranın imkanlarının məhdud olması mühüm rol oynadı. Siyasi şərhçinin sözlərinə görə, Rusiya Ukrayna ilə apardığı müharibəyə görə Əsədə tələb olunan yardımı göstərə bilmədi:

"İran da İsraillə münaqişədə olduğuna və Əsəd rejimini saxlamaq üçün tələb olunan gücə malik olmadığına görə reallıqla barışmalı oldu. Təbiidir ki, bu hadisə Türkiyənin həm Yaxın Şərqdə, həm də bölgəmizdə nüfuzunun artmasına gətirib çıxardı. Ancaq güman edirəm ki, burada Ermənistanın ciddi əndişələnməsinə ehtiyac yoxdur. Nə Azərbaycan, nə Türkiyə Ermənistan ərazisinə iddialıdır. Əgər Ermənistan həqiqətən də, reallıqları qiymətləndirib, təhlükələri hiss etsəydi, onu himayə edən Rusiyaya "meydan oxumazdı". Anlayardı ki, bölgədə Rusiya kifayət qədər imkanlara malik ölkədir. Xüsusilə Ermənistana münasibətdə hərbi-iqtisadi, siyasi rıçaqlara malikdir. Ancaq göründüyü kimi, Rusiya ilə gərginlik Ermənistanı o qədər də narahat etmir".
Ekspert qeyd edib ki, əgər Ermənistan, həqiqətən də, Azərbaycan və Türkiyə ilə bağlı müəyyən narahatlıq hiss etsəydi, konstitusiyanı dəyişməyəcəyi barədə bəyanatlar verməzdi:
"Həmçinin mümkün qədər tez zamanda sülh sazişinin imzalanmasına nail olmağa çalışardı. Çünki sazişin qarşısında əsas maneə Ermənistanın qeyri-konstruktiv mövqeyi və konstitusiyadakı müddəalardır. Ermənistan isə öz mövqeyində təkid edir. Onsuz da Ermənistanın problemləri kifayət qədərdir. Ermənistan üçün ən böyük təhlükə Türkiyə və Azərbaycandan yox, məhz Rusiyadan gələ bilər. Ukrayna müharibəsi 2025-ci ildə çox güman ki, dayanacaq. Ən azından hansısa formada atəşkəs olacaq. Nəticədə Rusiyanın Ermənistanla daha ciddi məşğul olmaq imkanı yaranacaq. Yaxşı olar ki, Ermənistan bu barədə düşünsün və Azərbaycanı, Türkiyəni təhlükə kimi görərək suçlamasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya