Estoniya parlamenti Gürcüstan prezidenti və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib
Yusif Nəzərli
07:00 23.01.2025
Dünya
549
Estoniya parlamenti (Riyqikoqu) Gürcüstan prezidentinin, parlamentinin və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Riyqikoqunun saytında məlumat dərc edilib. Bildirilib ki, bəyanatı parlamentin 59 üzvü dəstəkləyib, 9-u isə əleyhinə səs verib.
Bəyanatda “Rusiya Federasiyasının Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən hərəkətləri” pislənilib.
"Son on ildə Estoniya Rusiya Federasiyasının gürcü cəmiyyətinin qütbləşməsinə və Gürcüstandakı demokratik seçkilərə müdaxiləyə dair fəaliyyətlərini artan narahatlıqla izləyir. Ötən ilin oktyabrında zorakılıq və hədə-qorxu mühitində keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının azad iradəsini əks etdirmir. Rusiya Federasiyasının dəstəyini alan hakim “Gürcü Arzusu” partiyası saxta seçkilərin nəticələrindən dövlət institutlarına tam nəzarət etmək, müxalifəti və vətəndaş cəmiyyətini sıxışdırmaq üçün istifadə edir" – deyə bəyanatda qeyd olunub.
Bundan əlavə, bəyanatda Estoniya parlamentinin Gürcüstan parlamenti və hökumətinin legitimliyini tanımadığı, Estoniya parlamentinin qanuni prezident kimi yalnız Salome Zurabişvilini tanıdığı və onun ölkədəki konstitusiya böhranına son qoymaq səylərini dəstəklədiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, “Parlament Gürcüstanda konstitusiya böhranının həlli və demokratiyanın bərpası üçün qaçılmaz olan yeni parlament seçkilərinin keçirilməsini tələb edən demokratik qüvvələri dəstəkləyir, həmçinin artan Rusiya imperializminin dəstəyi ilə dinc nümayişçilərə qarşı amansız repressiyaları pisləyir və istənilən zorakılığa və ya təqiblərə son qoymağa, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırır”.
Estoniya Parlamenti həmçinin Gürcüstanda azad və ədalətli seçkilər keçirilənə qədər Gürcüstanın “qeyri-legitim hökuməti” ilə əlaqələrin ciddi şəkildə məhdudlaşdırılmasını, “hədə-qorxu və təqiblərə baxmayaraq azad cəmiyyət adından fəaliyyətini davam etdirən” vətəndaş cəmiyyəti nümayəndələrinə və azad mediaya dəstək ifadə etməyi tələb edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual