Fəlakətdən qazanc güdənlər: Zəlzələdən sonra çadırların qiyməti qalxdı
Yusif Nəzərli
03:36 25.04.2025
Dünya
406
Tələbatın artdığını görən işbazlar hərəkətə keçib
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra çadırların qiyməti sürətlə artıb. E-ticarət saytlarında çadır satışlarında qiymətlər 2 qatına yüksəlib.
"Sherg.az” “Milliyet.cm.tr”yə istinadən bildirir ki, zəlzələdən sonra çadırlara tələbat artdığından məhsul tükənib. Mövzu ilə bağlı açıqlamalar verən TÜKONFED sədri Aydın Ağaoğlu, "bunlar fəlakətdən qazanc güdənlərdir. Zəlzələdən əvvəl qiymətə baxırsınız, zəlzələdən sonra qiymət iki-üç dəfə artıb. Zəlzələdən narahat olan vətəndaşlardan haqsız pul qazanmağa çalışırlar. Vətəndaşlar diqqətli olsunlar. İstehlakçıdan şikayətlər gəlir. Süni qiymət artımına görə 1 ildən 3 ilə qədər həbs cəzası var”, deyib. İstanbulda baş verən zəlzələdən sonra panikaya düşən vətəndaşlar küçələrə çıxıb. Şəhərdə bir çox insan gecələmək üçün parklara və yaşıl ərazilərə üz tutub. Fəlakətdən sonra təhlükəsiz bölgədə qalmaq istəyən vətəndaşlar çadır almağı üstün tutub. Tələbatın artdığını görən işbazlar da qiymətləri artırıb. Zəlzələdən əvvəl 25 min 415 lirədən satışa çıxarılan 10 nəfərlik ailə çadırının qiyməti zəlzələdən sonra 33 min 915 lirəyə qalxıb. Beləliklə, bir gündə 8500 lirəlik artım olub. Eynilə aprelin 23-də 9999 lirəyə satılan 6 nəfərlik çadırın da qiyməti zəlzələdən sonra 1000 lirə artaraq 10999 lirəyə çatıb. 6615 lirə olan 3 nəfərlik çadırın qiyməti zəlzələdən sonra 735 lirə artaraq 7350 lirəyə yüksəlib. Vətəndaşların haqsız qiymət artımı edən satıcılardan xəbərdar olmasının lazım olduğunu söyləyən Ağaoğlu, "Vətəndaşlara etdikləri qiymət artımı haqsız qiymət artımıdır. İnternet vasitəsilə də Haqsız Qiymət Artımı Qiymətləndirmə Şurasına müraciət edə bilərsiniz. Bundan əlavə, bazara, yəni qiymətlərə təsir edir. Türkiyə Cəza Məcəlləsinin 237-ci maddəsinə görə, bu cinayətə 1 il həbs cəzası tələb olunur. Ağaoğlu sözlərini belə tamamlayıb: "Vətəndaşlar çarəsiz deyil. Zəlzələdən qorxan, təşviş içində olan vətəndaşların kürəyindən haqsız pul qazanmaq əxlaqsızlıqdır. Üstəlik, bu həm kommersiya etikasına uyğun gəlmir, həm də cinayət məsuliyyəti daşıyır. Bəzi internet saytlarında son bir ayda belə qiymət dəyişikliyini göstərən qrafiklər var və ya müqayisə etsinlər. Qiymət artımı olarsa, foto və ekran görüntüləri ilə internet vasitəsilə Ticarət Nazirliyi nəzdindəki Ədalətsiz Qiymət Qiymətləndirmə Şurasına mütləq şikayət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya
Antiterror tədbirləri: DİN-in döyüş yolu
10:06 19.09.2026
Tarix