Fələstin “Al Jazeera”nın ölkədəki yayımını dayandırıb
Yusif Nəzərli
00:27 02.01.2025
Dünya
299
Fələstin Dövlətinin iqtidarı “Al Jazeera” telekanalını “təxribat xarakterli məzmun” yayımlamaqda ittiham edərək onun fəaliyyətini müvəqqəti dayandırıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fələstin Xəbər və İnformasiya Agentliyi (WAFA) məlumat yayıb.
“Mədəniyyət, Daxili İşlər və Telekommunikasiya Nazirliklərinin nümayəndələrindən ibarət Fələstin Nazirlər Komitəsi Qətərdə yerləşən “Al Jazeera” media şəbəkəsinin Fələstindəki yayım fəaliyyətinin dayandırıldığını elan edib”, – agentlik diqqətə çatdırıb.
Qeyd olunub ki, FƏTH iqtidarı telekanal ilə əlaqəli “bütün jurnalistlərin, işçilərin və bağlı kanalların işinin müvəqqəti dayandırılmasına qərar verib”.
“Qərar, şəbəkə Fələstində tətbiq olunan qanun və qaydalara zidd hesab edilən hüquqi statusunu həll edənə qədər qüvvədə qalacaq”, – məlumatda vurğulanıb.
Bildirilib ki, yayım fəaliyyətinin dayandırılmasının səbəbi yerli telekanalın yerli qanunları “dəfələrlə pozması” olub: “İqtidar orqanları kanalı təxribat xarakterli məzmun yayımlamaqda, dezinformasiya yaymaqda və Fələstinin daxili işlərinə müdaxilə etməkdə ittiham edərək bunun bölgədə ixtilaf və qeyri-sabitlik yaratdığını iddia ediblər”.
Bununla belə, sözügedən qadağanın rəsmi Ramallahın nəzarətində olmayan Qəzza zolağında keçərli olmayacağı güman edilir.
“Al Jazeera” qəbul edilmiş qərarı “işğal olunmuş ərazilərdə baş verən hadisələri işıqlandırmaqdan çəkindirmək cəhdi” adlandırıb və iqtidarı bu qərarı ləğv etməyə, jurnalistlərə sərbəst fəaliyyət göstərmək imkanı verməyə çağırıb.
Qeyd edək ki, ötən ilin sentyabrında İsrail Müdafiə Qüvvələri Ramallahda “Al Jazeera”nın ofisinə basqın edərək onu bağlayıb. Ondan aylar öncə isə İsrail sözügedən telekanalın yəhudi ölkəsindəki fəaliyyətini yasaqlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat