Qəzza zolağını idarə edəcək Fələstin Texnokratik Komitəsi tam şəkildə formalaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir: "Misir, Qətər və Türkiyə Qəzzada idarəetmə məsələləri ilə məşğul olacaq Fələstin Texnokratik Komitəsinin yaradılmasını alqışlayırlar. İnzibati orqana Əli Əbdül Həmid Şaat rəhbərlik edəcək. Vasitəçilər komitənin yaradılmasının Fələstin anklavında atəşkəslə bağlı razılaşmanın ikinci mərhələsinə keçməyə kömək edəcəyinə və yeni eskalasiya mərhələsinin qarşısını alacağına ümid edirlər".
Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Nazal daha əvvəl bildirib ki, HƏMAS müharibədən zərər çəkmiş Qəzza zolağının müharibədən sonrakı idarəçiliyi ilə bağlı öz vizyonunu İsrail ilə dolayı danışıqların növbəti mərhələsində təqdim edəcək.
9 oktyabrda ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza zolağı üçün sülh planının birinci mərhələsi üzrə razılaşmalar imzaladığını elan edib.