Finlandiya Prezidenti: Avropa artıq ABŞ üçün prioritet deyil

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Avropa artıq Vaşinqton üçün prioritet istiqamət deyil.

APA xəbər verir ki, O, bu fikri "The New York Times" qəzetinə müsahibəsində səsləndirib.

Stubb bildirib ki, dünya, geri dönməz şəkildə dəyişib və Avropa ABŞ-ın əsas diqqət mərkəzində deyil.

Onun sözlərinə görə, Avropa ölkələri Vaşinqtonla daha möhkəm münasibətlər qurmaq üçün öz müdafiə imkanlarını gücləndirməlidirlər.

Finlandiya liderinin fikrincə, ABŞ üçün əhəmiyyət sıralamasında Avropa Qərb yarımkürəsi və Hind-Sakit okean regionundan sonra üçüncü yerdədir.

ördüncü yerdə Yaxın Şərq, beşinci yerdə isə Afrika qərarlaşıb.

Stubb hesab edir ki, daha çoxqütblü dünya nizamı üçün institusional islahatlara ehtiyac var.