Avropa Komissiyası Ursula fon der Lyayenin rəhbərliyi altında yenidən Avropa Parlamentində etimad səsverməsi məsələsi ilə üzləşə bilər.
APA xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə fraksiya rəhbərlərini məlumatlandırıb. Müzakirə və səsvermə gələn həftə Strasburqda keçiriləcək parlament sessiyasında baş tutacaq.
Məlumata görə, etimad səsverməsi fon der Lyayen və onun komandasını, ilk növbədə, Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) arasında azad ticarət sazişinə görə tənqid edən sağ-mühafizəkar "Avropanın Vətənpərvərləri" fraksiyası tərəfindən irəli sürülüb.