Fransa İrana qarşı hərbi əməliyyatlarda iştirakını təkzib edib.
APA İran mediasına istinadən xəbər verir ki, Fransanın Tehrandakı səfirliyi Parisin İrana qarşı ABŞ və İsrailin hərbi əməliyyatlarında iştirak etmədiyini bildirib.
Səfirlik ABŞ-a məxsus hərbi texnikanın Fransanın Yaxın Şərqdəki hərbi bazalarına yerləşdirildiyi barədə iddiaları yalanlayıb.
Qeyd edək ki, İran Avropa ölkələrinə hərbi əməliyyatlara qoşulmamaqla bağlı xəbərdarlıq edib.