Fransa hökuməti ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələkeçirmə əməliyyatını beynəlxalq hüquqa zidd hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Mod Brejon bildirib.
“Əlbəttə, bu, beynəlxalq hüquqa ziddir. Biz heç vaxt bunun əksini iddia etməmişik”, - o deyib.
Həmçinin Brejon vurğulayıb ki, Nikolas Maduro da baş verənlərə görə məsuliyyət daşıyır.
“İndi Venesuelaya Madurosuz gələcək qurmaq imkanı verilməlidir. Keçid mərhələsi sülh yolu ilə və demokratik olmalıdır”, - Fransa hökumətinin nümayəndəsi əlavə edib.