Fransa Hərbi Dəniz Qüvvələri saxta bayraq altında Rusiyadan gələn və beynəlxalq sanksiyalara məruz qalan neft tankerini ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, əməliyyat Aralıq dənizində bir neçə müttəfiqin dəstəyi ilə həyata keçirilib.
Makron “kölgə donanması”na məxsus gəmi ilə bağlı araşdırmanın aparıldığını qeyd edib.