Fransa xarici işlər naziri alman həmkarı ilə Suriyada baş verən qalmaqalı şərh etdi
Yusif Nəzərli
07:20 06.01.2025
Dünya
433
Fransa xarici işlər naziri Jan-Noel Barro Suriyanın yeni hakimiyyət nümayəndələrinin alman həmkarı Annalena Berbokla əl sıxmaqdan imtina etməsinə münasibət bildirərək, bunun onların ölkəyə birgə səfərinin məqsədi olmadığını bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, RTL-ə müsahibəsində bildirib.
Fransa XİN rəhbəri SƏR-in yeni hökumətinin fərqli davranmasını üstün tutduğunu qeyd edib.
"Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şaraanın alman həmkarımla əl sıxmasını istərdimmi? Cavab - bəli. Bu mənim səfərimin məqsədi idimi? Cavab - xeyr", - deyə Barro vurğulayıb.
Onun sözlərinə görə, Dəməşqdə o, ölkədə saxlanılan 10 minlərlə İŞİD terrorçularının aqibəti və Əsədin silah arsenalının yayılması riskləri kimi məsələlərə diqqət yetirib.
"Əgər mən Suriyaya getməsəm, fransızları bu təhdidlərdən, onların təhlükəsizliyini kim qoruyacaq? Biz keçid hakimiyyəti ilə danışırıq ki, Suriyanın bərpası üçün siyasi keçidlə bağlı gözləntilərimiz barədə çox aydın və sərt siqnallar verək", - deyə Fransa XİN rəhbəri bildirib.
Xatırladaq ki, yanvarın 3-də Suriyanın yeni administrasiya nümayəndələri ölkəyə elan olunmamış səfərlə gələn Almaniya XİN rəhbəri ilə əl sıxmaqdan imtina ediblər. Yayımlanan videoda görünür ki, Berbok hökumət təyyarəsinin trapından birinci düşür və Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşır. Suriyalı siyasətçilər görüş zamanı əllərini sinələrinə qoyaraq nazir ilə əl sıxmaq niyyətində olmadıqlarını aydın şəkildə göstərirlər. Bir an sonra onlara alman nümayəndə heyətindən olan kişi yaxınlaşır və suriyalılar, əksinə, onunla həvəslə əl sıxırlar.
Daha sonra Dəməşqdəki görüşün nəticələrinə dair Suriyanın yeni hakimiyyəti tərəfindən dərc edilən fotoda Berbokun şəkilləri bulanıqlaşdırılıb. Fransalı həmkarı Barro ilə isə vəziyyət tamamilə fərqlidir. O, kişi olduğu üçün şəkillərdə Suriya siyasətçiləri və digər kişilərlə yanaşı heç bir redaktə olmadan təsvir edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə