Fransada kiberhücumlarla bağlı həbsdə olan və ABŞ-ın ekstradisiyasını tələb etdiyi rusiyalı basketbol oyunçusu Rusiyaya qaytarılıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə sözügedən şəxsin vəkili məlumat verib.
Qeyd edək ki, iyunun 21-də Rusiya vətəndaşı Danil Kasatkin Paris hava limanında ABŞ tərəfinin tələbi ilə həbs edilib.
O, ABŞ şirkətlərini və federal qurumları hədəfə alan kiber şəbəkənin üzvü olmaqda şübhəli bilinib.
Kasatkin özünə qarşı irəli sürülən ittihamları təkzib edib.
Onun vəkili Frederik Blot isə Kasatkinin kompyuter biliyinin olmadığını bildirib.