Dünya sürətlə dəyişir, bu dəyişikliklər Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərir.
Teleqraf xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts hökumət başçısı kimi xalqa ilk Yeni il müraciətində deyib.
Onun sözlərinə görə, 2026-cı il həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici il ola bilər.
Merts Almaniyanın əsas çağırışları sırasında Ukraynadakı münaqişəni, iqtisadi təzyiqləri, proteksionizmin artmasını və ABŞ ilə münasibətlərin xarakterindəki dəyişiklikləri qeyd edib.
Kansler vurğulayıb ki, bu şəraitdə Avropa öz maraqlarını daha güclü şəkildə müdafiə etməli və təhlükəsizlik sahəsində məsuliyyəti artırmalıdır.