Goldman Sachs: inkişaf etmiş ölkələrin ÜDM-i 35 faiz azala bilər
09:39 14.04.2020
Dünya
637
COVID-19 pandemiyası fonunda müxtəlif ölkələrin ümumi daxili məhsulunun (ÜDM) həcmi ikinci kvartalda 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 35 faiz azala bilər.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bu proqnoz “Goldman Sachs” investisiya bankının baş iqtisadçısı Yan Hatsius tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, hazırkı eniş 2008-ci ildə baş verən maliyyə böhranı zamanı qeydə alınan əvvəlki rekord azalmanı dörd dəfə üstələyəcək. İnkişaf etmiş ölkələrin iqtisadiyyatının bərpa sürəti müəmmalı olaraq qalır, çünki insanların işlərinə nə vaxt qayıdacağı məlum deyil.
Bəzi ölkələrdə koronavirusa yeni yoluxma hallarının miqdarı çox güman ki, pik həddinə çatıb. Yan Hatsiusun fikrincə, insanlar işlərinə qayıdan kimi yoluxma halları yenidən sürətlə arta bilər.
“İnkişaf etmiş ölkələrin əksəriyyəti vətəndaşlara dəstək və böhran dövründə biznesin ayaqda qalması üçün kredit vəsaitinin əlçatanlığını təmin etməklə ciddi tədbirlər görüb. Buna baxmayaraq, Avropa daha artığını etməli və varlı dövlətlər inkişaf edən bazara kömək göstərməlidir”, - deyə ekspert bildirib.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumata əsasən, dünyada 1 milyon 931 mindən çox yoluxma və 120 min 134 ölüm faktı qeydə alınıb, COVID-19 xəstəliyindən sağalanların sayı isə 453 min 767 nəfərə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya