
Güngör Yavuzaslan: Qəzzanı və ya HƏMAS-ı idarə etmək tələbinin qanuni olması vacibdir
11:50 13.02.2025
Dünya
420
Qəzzada xüsusi bir bölgə yaranarsa, nəticədə İsrail və Türkiyə arasında müharibə baş verə bilər
Türkiyə Fələstin məsələsində uzun illərdir davam edən bir yanaşmaya malikdir. Cümhuriyyətin əsas dövlət siyasətində Şərqi Qüdsün Fələstinin paytaxtı olmasının təmin edilməsi prinsipi ön planda durur. Bu yanaşma, həm beynəlxalq hüququn tələbləri, həm də Türk cəmiyyətinin geniş mənada qəbul etdiyi bir modeldir. Lakin son dövrlərdə, xüsusilə Fələstinin Qəzza bölgəsində baş verən gərginliklər və siyasi təzyiqlər, Türkiyənin bu məsələyə yanaşmasında bəzi yeniliklərə yol açıb. Türkiyənin, Fələstinin Qəzza bölgəsinə dair tələbləri və İsrail ilə əlaqələrindəki potensial qarşıdurmalar, Yaxın Şərqdə yeni bir mərhələnin başlanğıcı ola bilər.
Əhməd Davudoğlu “Fələstin dövləti qurulana qədər Qəzza zolağı muxtar bölgə olaraq Türkiyəyə birləşdirilməlidir” kimi fikir səsləndirdi.
Türkiyəli siyasi ekspert Güngör Yavuzaslan Sherg.az-a açıqlamasında Türkiyə diplomatiyasının Fələstin məsələsinə dair mövqeyi, Əhməd Davudoğlunun yanaşması, yaşanan son gərginliklər və bu prosesin gələcək perspektivlərindən danışıb:

"Türkiyə diplomatiyasında belə bir başlıq yoxdur. Bunun baş verməsi üçün ilk növbədə Fələstindən tələb olmalıdır. Qəzzanı və ya HƏMAS-ı idarə etmək tələbinin qanuni və beynəlxalq əsasının olması vacibdir. Türkiyə Cümhuriyyətinin əsas dövlət siyasətində daimi atəşkəs və iki dövlətin prosesi həll etməsi nəticəsində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti diplomatiyası var.
Türkiyənin ortaq atəşkəsi dayandırması və Fələstinin tək qalması belə bir hadisənin baş verməsinə səbəb oldu. Orada xüsusi bir bölgə yaranarsa, nəticədə İsrail və Türkiyə arasında müharibə baş verə bilər. Bu, bütün Yaxın Şərqin müharibəyə qoşulmasına və ya hətta dünya müharibəsinə çevrilə bilər".
Ekspert Əhməd Davudoğlunun açıqlmasına diqqət çəkərək Türkiyədə bunun qarşılığının olmadığını bildirib. Qeyd edib ki, proseslərin sonunda Qəzza müstəqil dövlət deyil, paytaxtı Şərqi Qüds olan bütün Fələstin, 1967-ci il Taksim Planına görə müstəqil ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə