Gürcüstan Avropa Şurasına prezidentliyi Yunanıstana təhvil verib
10:26 15.05.2020
Dünya
692
Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi Yunanıstana təhvil verib. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi internet saytında məlumat yayılıb. Bildirilib ki, Yunanıstan növbəti 6 ay üçün AŞNK-ya sədrliyi 47 üzv ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən videokonfrans zamanı Gürcüstandan təhvil alıb.
Videokonfransda qeyd olunub ki, hazırkı konteksti nəzərə alaraq, Yunanıstan quruma sədrliyi dövründə ictimai sağlamlığın qorunması, səhiyyə böhranlarına reaksiya kimi məsələlərə fokuslanmaqla yanaşı, insan haqlarına hörmət, demokratiya, qanunun aliliyi kimi məqamlara diqqət ayıracaq. Yunanıstanın prezidentliyi dövründə digər prioritet istiqamətlərinin məhkəmə sisteminin müstəqilliyi, sosial təminatsız uşaqların qorunması, rəqəmsal təhsil sahəsində gənc nəsillərin hüquqları, ətraf mühit və sosial məsələlər olacağı qeyd olunub.
Qeyd olunub ki, noyabrın 4-də Afinada Avropa Şurasıl Nazirlər Komitəsinin iclası keçiriləcək. 47 üzv ölkənin XİN başçılarının iştirak edəcəyi iclasda Avropa İnsan Haqları Konvensiyasının 70 illiyi qeyd olunacaq. Noyabrda Yunanıstan AŞNK-ya sədrliyi Almaniyaya təhvil verəcək.
Qeyd edək ki, Gürcüstan Avropa Şurasına prezidentliyi ötən il noyabrın 27-də 6 ay müddətinə təhvil alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm