Gürcüstan DTX-nın əməkdaşı avtomobilində intihar edib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası yaxınlığında parkinq edilmiş avtomobildə meyit aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir.

Yayılan məlumatlara əsasən, o, DTX-nın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib.