Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu keçirilir
05:26 21.11.2020
Dünya
610
Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, parlament seçkilərinin ikinci raundu əsasən paytaxt Tbilisi üzrə olmaqla 17 birmandatlı (majoritar) dairə üzrə keçirilir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, seçkiləri izləmək üçün seçki subyektlərinin 9521 nümayəndəsi, 132 yerli təşkilatdan 47 345, 48 beynəxalq təşkilatın 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5964 nümayəndəsinin işıqlandıracağı bildirilib.
Qeyd edək ki, parlament seçkilərinin ilk raundu oktyabrın 31-də keçirilib. Ölkə üzrə 1914 seçki məntəqəsində keçirilən səsvermə prosesində 2 140 210 vətəndaşın səsvermə hüququndan istifadə imkanı olub. Parlament seçkilərinin ilk raundunda 48-i siyasi partiya, 2-si blok olmaqla 50 seçki subyekti iştirak edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, ilk raundda ümumi səslərin 48,15%-ni toplayan hakim “Gürcü Arzusu” partiyası 76 parlament yeri qazanaraq rəqiblərinə qalib gəlib. İlk raundun nəticələrindən və seçkilərin təşkil edilməsindən narazı olduğunu bildirən 8 müxalif partiya seçkilərin nəticələrini tanımadığını bəyan edib və ikinci raundda iştirak etməyəcəyini, həmçinin qazandığı mandatlardan imtina etdiyini açıqlayıb. Bununla belə, bugünkü seçkilərdə səsvermə bülletenlərində müxalif namizədlərin adları yer alır. Belə ki, yerli qanunvericiliyə görə, seçkilərin ikici raundunda namizədliyi geri çəkmək mümkün deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm