Gürcüstanda keçirilən Parlament seçkilərində hakim partiya qalib gəlib
16:53 01.11.2020
Dünya
757
Oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) səslərin sayılmasının 99.7%-ni tamamlayıb və nəticələrə əsasən hakim partiya səslərin 48,16%-ni qazanıb.
Onun ən yaxın rəqibi olan “Vahid Milli Hərəkat - Birləşmiş Gürcüstan” seçki bloku isə ümumi səslərin 27,12%-ni toplaya bilib.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib ki, hakim partiyanın topladığı səslərin ona hökuməti təkbaşına formalaşdırmaq imkanı verəcək.
Ötən gün keçirilən seçkilərin nəticəsinə əsasən "Gürcü Arzusu" partiyasının proposional 62, majoritar 14 namizədi parlamentin üzvü seçilib. Beləliklə partiya koalisiya yaratmadan hökumət formalaşdırmaq üçün tələb olunan minimum 76 millətvəkilinə sahib olub.
Digər partiyalara gəlincə, “Avropalı Gürcüstan” 3,78%, “Vətənpərvərlər Alyansı” 3,15%, “Aqmaşenebeli Strategiyası” 3,15%, “Lelo” 3,16%, “Qirçi” 2,89%,“Vətəndaşlar – Eliko Elisaşvili” 1,33% “Leyboristlər” 1% səs əldə edib.
Qeyd edək ki, seçki bariyerinin 1%-ə endirilməsi nəticəsində “Lelo”, “Qirçi”, “Leyboristlər” və “Vətəndaşlar – Eliko Elisaşvili” partiyaları parlamentdə təmsil olunmaq imkanı əldə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm