Gürcüstanda siyasi böhran dərinləşir
Turan
04:29 19.02.2021
Dünya
812
Baş nazir ölkədə avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa verdi
Gürcüstanın Baş naziri Georgi Qaxariya vəzifəsindən istefa verib. Baş nazirin istefasından sonra Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Sabiq hökumət başçısı qeyd edib ki, istefasına səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlı hakim “Gürcü arzusu” ilə arasındakı fikir ayrılığıdır:
“İnanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcək. Əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”. Qaxariya “Gürcü arzusu” Partiyasından da istefa verdiyini açıqlayıb. 45 yaşlı eks baş nazir 2019-cu ilin sentyabrından bu vəzifəni icra edirdi.
Xatırladaq ki, Tbilisi şəhər məhkəməsi ötən gecə müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya barəsində həbs-qətimkan tədbiri seçib. O, 2019-cu ilin 20 iyunundakı hadisələrdə təqsirkar hesab edilib. Qanunverici orqan Meliyanın deputat toxunulmazlığını ləğv edib. Məhkəmənin qərarından sonra Vahid Milli Hərəkat Partiyasının ofisi qarşısında gərginlik baş verib. Etirazçılar Meliyanı həbs etməyə gələn hüquq-mühafizə orqanlarının işçilərinə partiyanın ofisinə daxil olmağa imkan verməyib. Gürcüstan müxalifəti də birgə bəyanat qəbul edərək, Nika Meliya ilə həmrəy olduqlarını bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifət partiyalarına xəbərdarlıq edib. Nazirlik onları zorakılıqdan çəkinməyə və polis əməkdaşlarının məhkəmənin qərarını icra etməsinə əngəl törətməməyə çağırıb. ABŞ-ın Gürcüstandakı səfirliyi isə hadisələrə görə narahat olduğunu bildirən açıqlama yayıb.
Qonşu ölkədə yaşanan siyasi böhranı “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli “Şərq”ə bildirib ki, əslində qarşıdurmanın əsas səbəbi parlament seçkilərinin saxtalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, müxalifət bloku bir sıra bölgələrdə səslərin pulla alındığını, hakim partiyanın inzibati resurslardan istifadə etdiyini iddia edərək parlamenti qeyri-legitim sayır:
“Müxalifət bütün saxtakarlıqlara görə milyarder Bidzina İvanaşvilini suçlayır. Qeyd edirlər ki, İvanaşvili siyasətdən getdiyini, partiyanın işlərinə qarışmadığını bəyan etsə də, əslində hökuməti pərdə arxasından idarə edən əsas fiqurdur. Müxalifət seçkidə 30 faiz səs toplasa da, saxtakarlığı əsas gətirərək parlamentin iclaslarında iştirak etmir.
Onsuz da iqtidar-müxalifət münasibətləri gərgin idi. Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbs qərarı hökumətlə müxalifət arasındakı qarşıdurmanı daha da kəksinləşdirdi. Tərəflərin gərginliyi toqquşma həddinə gəlib çatdı. Qaxariya Gürcüstanın demokratik bir ölkə olduğunu, müxalif bir partiya sədrinin bəhanələrlə həbsinin qəbuledilməz olduğunu düşündüyü üçün vəzifəsindən getdi”.
Analitikin qənaətincə, sabiq baş nazir ölkədəki avtoritar meyillərin güclənməsinə qarşı çıxdığı üçün istefa qərarı aldı:
“Maraqlıdır ki, Qaxariyanın istefasından sonra polis Meliyanı həsb etməkdən imtina etdi. Hazırda proseslər dondurulmuş şəkildə saxlanılır. Nəticə etibarı ilə Gürcüstan hökuməti böhran içindədir. “Gürcü arzusu” uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, verilən vədlərin heç birini reallaşdırmayıb. Qonşu ölkədə siyasi böhranın əsas səbəblərindən biri də xalqın narazılığı, ağırlaşan iqtisadi durumla bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya