Gürcüstandakı iğtişaşlar tam olaraq orqanik proses deyil - ANALİTİK
Yusif Nəzərli
21:24 04.12.2024
Dünya
456
Qərbdəki bir sıra dairələr gürcü müxalifətinin seçkidəki nəticəyə müqavimət göstərməsini və nəticələrin ləğv olunmasını istəyir
“Gürcüstanın ukraynalaşdırılması planı baş tutmayacaq. Bizim ölkədə “Maydan” ola bilməz və olmayacaq".
Bunu hakim “Gürcü arzusu” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkə hüdudlarından kənarda yazılan ssenarinin agentlər tərəfindən həyata keçirilməsinə yol verməyəcək: "Dövlət institutları güclüdür və düzgün işləyirlər. Gürcüstanı heç kim məhv edə bilməz".
Qeyd edək ki, qonşu Gürcüstanda siyasi gərginlik davam edir. Hazırda Qərb təsisatları Tbilisidə son kartlarını açıq şəkildə oynayır, QHT-lərə, mediaya, institutlara, gənclər təşkilatlarına milyonlar xərcləyənlər bu gün onun qarşılığını etirazçılardan tələb edir. Tələb isə hər kəsə aydındır: Meydana çıxın və qrantların haqqını verin, Konstitusiyaya salınan 78-ci maddəyə sahib çıxın.
Nəticənin necə olacağını indidən demək çox çətindir. Görünən isə odur ki, Qərb Cənubi Qafqazdakı ən böyük qalasını itirməmək üçün hər vasitəyə əl atacaq.
Siyasi şərhçi Elvin Baxşəlizadə isə hesab edir ki, parlament seçkilərindən sonra Gürcüstanda ümumi vəziyyətin gərginləşəcəyi gözlənilirdi. Çünki müxalifətin əksər hissəsi "Gürcü arzusu"nun seçkilərdəki qələbəsini legitim hesab etmədi:
“Bunun nəticəsi olaraq seçkidən sonrakı ilk günlərdə qonşu ölkədə bir neçə böyük mitinq təşkil olundu. Amma həmin dövrdə mitinqlərdə iştirak edən insanların sayı tədricən azaldı və proses "sönməyə" doğru getdi. Hazırda baş verən etirazların isə tam orqanik olduğu şübhəlidir. Qərbdəki bir sıra dairələr gürcü müxalifətinin seçkidəki nəticəyə müqavimət göstərməsini və nəticələrin ləğv olunmasını istəyir. Əlbəttə, bu həm də Gürcüstan əhalisinin bir hissəsinin tələbidir. Amma dediyim kimi, indiki mitinqlər və iğtişaşlar tam olaraq orqanik proses deyil. Kaxa Kaladzenin açıqlamasında da əsas məqsəd Gürcüstanı xaosa sürükləmək istəyən qüvvələrə xəbərdarlıq etməkdir. Proseslərin hansı istiqamətdə gedəcəyini isə gürcü xalqının reaksiyası müəyyən edəcək. Əgər mitinqlərə qatılım sayı davamlı artarsa və tətillərin miqyası genişlənərsə, Gürcüstan hakimiyyəti geri addım atmağa, yəni istefaya məcbur olacaq. Yox, mitinq "ocaqları" tədricən sönərsə, bu, hakimiyyətin mövqelərini daha da gücləndirəcək və "Gürcü arzusu" seçkidəki qələbəsini tam legitimləşdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm