Türkiyə xarici işlər naziri Hakan Fidan İraq xarici işlər naziri Fuad Hüseyn və İordaniya xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, danışıq zamanı regionda son dövrlərdə baş verən hadisələr və gərginliyə səbəb olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.