Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.
Görüşün təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan "Könüllülər koalisiyası”nın sammiti çərçivəsində baş tutub.