Hakan Fidan: Türkiyə din və milli amillərə görə Aİ-yə qəbul edilmir

“Avropa İttifaqı (Aİ) Türkiyəyə qarşı mövcud kimlik siyasəti zehniyyətini davam etdirdiyi müddətdə, Türkiyənin ittifaq üzvü olacağını düşünmürəm”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Sky News Arabia”ya müsahibəsində deyib.

Xarici işlər naziri Avropa İttifaqını Türkiyəyə qarşı mövcud mövqeyini dəyişməyə çağırıb.

Hakan Fidan vurğulayıb ki, Avropa İttifaqı fövqəlmilli qurum olmağı bacarıb, amma sivilizasiyalarüstü struktur halına gələ bilməyib. O qeyd edib ki, Türkiyə məsələsində fərqli din və sivilizasiyaya aidolma arqumenti ilə kimlik əsaslı yanaşma sərgilənir.