İstanbulda illik qiymətləndirmə toplantısında çıxış edən Türkiyə Xarici İşlər naziri Hakan Fidan, yunan jurnalistin Netanyahu ilə bağlı sualına belə cavab verib: “Yunanıstan baş naziri istisna olmaqla, heç bir baş nazir Tel-Əvivə gedib şəkil çəkdirmir. Netanyahu da heç yerə getmir. Bəlkə ora gələr.”
Sherg.az xəbər verir ki, Fidan həmçinin Qəzza, Suriya və bölgədəki digər məsələlər üzrə Türkiyənin sülh və stabillik üçün davamlı diplomatik səylər göstərdiyini, İsrailin regional siyasətinin isə “böl-parçala-idarə” prinsipi üzərində qurulduğunu vurğuladı.
O, Türkiyənin 2026-cı ildə də bölgədə barış, sabitlik və rifah yaratmaq üçün diplomatik təşəbbüslərini davam etdirəcəyini bildirdi. Fidan həmçinin Ege məsələsi, TRIPP/Zəngəzur dəhlizi və Türkiyə-Ermənistan normallaşması məsələlərində ölkənin prinsipial mövqeyini təsdiqləyib.
Netanyahu məsələsində Fidan, İsrailin Fəlistinlilərə qarşı təzyiq və zorakılığı dayandırdığı halda Türkiyənin normallaşma prosesində iştirakında problem olmayacağını, hazırkı vəziyyətdə isə bunun mümkün olmadığını qeyd etdi.