
Hasan Oktay: Ərdoğanla Tramp görüşündən sonra ABŞ və Türkiyə arasında yeni dövr başlayacaq
12:20 01.05.2025
Dünya
417
Türkiyə və ABŞ prezidentlərinin görüşü üçün hazırlıqlar davam edir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib. O, Trampla ilk fürsətdə görüşəcəyini vurğulayıb. Ərdoğan iki ölkə arasında münasibətlərin dərin köklərə malik olduğunu da qeyd edib. Türkiyə Prezidenti bildirib ki, danışacağımız mövzular və atacağımız çoxlu addım var. Bu səbəbdən nazirliklərimiz Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişatını formalaşdıracaq görüş üçün işlərini davam etdirir. Bunun vaxtı da həmin hazırlıqlar çərçivəsində müzakirə edilir. Cənab Trampla telefon diplomatiyası vasitəsilə vaxtaşırı əlaqələrimiz var. İnanıram ki, dostum Tramp və mən yeni dövrdə ikitərəfli münasibətlərimizə çox fərqli bir impuls əlavə edəcəyik.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Türkiyə-Amerika münasibətləri tarixi köklərə sahibdir:

“Türkiyənin demokratik keçmişə malik olması və güclü ordusu ilə Yaxın Şərqin ən mühüm dövlətinə çevrilməsi Amerika üçün son dərəcə diqqətəlayiqdir. Xüsusilə də Trampın yeni Çin strategiyası Türkiyəni daha çox önə çıxardı. Çünki Amerika Yaxın Şərqdəki problemlərə batmaq istəmir və regionda etibarlı müttəfiqləri ilə hərəkət edərək bütün diqqətini Çindəki hadisələrə yönəltmək niyyəti güdür. Digər tərəfdən Amerikanın Ukrayna məsələsində Rusiya ilə barışması və İranla əlaqələrini inkişaf etdirməsi Türkiyənin bölgədəki əhəmiyyətini daha da artırır. Tramp və Ərdoğan həm üz-üzə görüşür, həm də ara-sıra telefonla danışırlar. İlk fürsətdə keçiriləcək görüşdə Türkiyə-Amerika münasibətlərindəki kiçik problemlər nəzərdən keçiriləcək və yeni dövr başlayacaq”.
Ekspert əlavə edib ki, Türkiyənin Amerika-Rusiya, Amerika-İran, Amerika-İsrail və Şərq əlaqələrindəki strateji mövqeyi ABŞ üçün son dərəcə əhəmiyyətlidir:
"Amerika Türkiyənin mövqeyini çox yaxşı bildiyi üçün ilk görüşdə münasibətlərin daha yaxşı müstəviyə keçməsi üçün ciddi danışıqlar aparılacaq. ABŞ Avropa Birliyinin üzərindəki qoruyucu qalxanı qaldırdıqdan sonra Türkiyənin Avropa Birliyinin ehtiyac duyduğu müdafiə sistemindəki rolu ABŞ üçün son dərəcə əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət