
Hasan Oktay: Putinin ilkin şərt olmadan görüşmək qərarı Zelenski üzərində psixoloji üstünlük əldə etmək cəhdidir
Yusif Nəzərli
15:06 11.05.2025
Dünya
377
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. Putin bunu mətbuat konfransında bildirib. Rusiya lideri vurğulayıb ki, Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik. Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür.
O bildirib ki, biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a söyləyib ki, Ukrayna-Rusiya böhranı 3 ildən çoxdur davam edir:

"Xüsusilə də Trampın hakimiyyətə gələn kimi Ukrayna böhranına son qoyacağına dair seçki vədi vermişdi. Andiçmə mərasimindən 4 ay keçməsinə baxmayaraq, indiyədək heç bir konkret addım atılmayıb. 30 günlük atəşkəs təklifi hər iki tərəf üçün qəbuledilməz hesab edildikdən sonra Putin Pasxa bayramı atəşkəs elan etdi. Rusiya və Amerika bu mövzuda bir neçə görüş keçirib. Amerika Ukrayna böhranına görə Rusiya ilə qurduğu görüşləri Kremillə münasibətləri yaxşılaşdırmaq yolu kimi dəyərləndirib. Digər tərəfdən Rusiya-Ukrayna böhranı zamanı ABŞ Avropa İttifaqı üzərində təhlükəsizlik çətirini götürəndə AB ciddi təhlükəsizlik böhranına girdi. Beləliklə Ukraynaya kömək üçün bütün variantları dəyərləndirməyə başladı. Amerika bu böhrandan məharətlə kənara çıxanda kriz Avropa ilə Rusiya arasında müharibəyə çevrilə biləcək gərginlik həddinə çatdı. Bu məqamda Tramp İranla münasibətləri yaxşılaşdırmağa çalışarkən Putin İkinci Dünya müharibəsinin başa çatması qeyd etmələrindən dərhal sonra İstanbulda Ukrayna məsələsində sülh masasının qurula biləcəyini bildirdi. Putin Qələbə Yürüşündə iştirak etməklə, hətta üçüncü ölkələrdən də olsa, əvvəlkindən daha çox Avropanı Avropa İttifaqına qarşı müəyyən mənada qorxutdu. Əslində, Avropa Birliyinə üzv olan dörd ölkənin bu mərasimlərdə iştirakı Putinin ikinci qələbə paradı kimi qiymətləndirilib".
Analitik qeyd edib ki, Putinin İstanbulda heç bir ilkin şərt olmadan birbaşa Ukrayna ilə görüşmək qərarı Zelenski üzərində psixoloji üstünlük əldə etmək cəhdidir:
"İlk İstanbul danışıqları müəyyən qədər irəlilədiyi halda, Putinin kəşfiyyat və təhlükəsizlik bürokratları öz səhvlərini ört-basdır etmək üçün bu masanı dağıtdılar. Bu prosesdə İstanbulun Putinin təklifi ilə yenidən gündəmə gətirilməsi son dərəcə əhəmiyyətlidir. Türkiyə Rusiya ilə Ukrayna arasında sülhü sınamaq üçün ən mühüm mövqedədir. Çünki Türkiyə müharibə zamanı tərəfsizliyini qorumuş və hər iki ölkənin qanunlarına riayət etmişdir. Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında Krımın statusunu gündəmə gətirməli və Krım üzərində qarant statusu hüququ irəli sürərək hər iki tərəfin razılaşa biləcəyi bir həll paketi təqdim etməlidir. Belə görünür ki, Putinlə Zelenski arasında baş verəcək proses psixoloji müharibəyə çevriləcək. Kim bu prosesi sakit aparsa, öz xeyrinə nəticə əldə edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət