"Koronavirus, reanimasiyaya yerləşdirildiyiniz zaman bütün sisteminizə təsir göstərə bilər. Bəlkə də virus qaraciyərin funksiyasına təsir etdiyi üçün dəri rənglərində dəyişiklik olub."
Həkimlər koronavirusu yendi, dəri rəngləri dəyişdi
14:15 26.04.2020
Dünya
728
Koronavirusla bağlı yayılan məlumatların ardı-arası kəsilmir. Üzücü xəbərlərlə yanaşı, bir sıra maraqlı hadisələrin də baş verdiyi məlum olur. Koronavirusun ilk yayıldığı Çində iki həkim maraqlı bir vəziyyətlə qarşılaşıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Uhan şəhərində iki həkim koronavirusa yoluxub və tam müalicədən sonra xəstəliyin öhdəsindən gəliblər. Lakin sonrası qəribədir. Məlum olur ki, həkimlər- kardioloq Yi Fan və Uroloq Hu Weifengin dəri rəngi dəyişib.
Xəstaxanadakılar bu vəziyyətə mətəəl qalıblar. Mütəxəssislər isə bunu müalicə zamanı virusun qaraciyərə ziyan vurması ilə əlaqələndiriblər.
Bu hadisənin qısa müddətdə yayılmasından sonra Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elm Komitəsinin üzvü Prof. Dr. Hasan Tezer açıqlama verib.
"Koronavirus, reanimasiyaya yerləşdirildiyiniz zaman bütün sisteminizə təsir göstərə bilər. Bəlkə də virus qaraciyərin funksiyasına təsir etdiyi üçün dəri rənglərində dəyişiklik olub."
Virusa yaxalanan Dr. Hu Weifeng də başına gələnləri Çin mediası ilə bölüşüb. "Şüurum yerinə gəldikdə xəstəliyi eşidib qorxurdum. Tez-tez kabuslar gördüm”.
Mütəxəssislər, qaraciyərdə saxlanan dəmirin, orqanlar düzgün işləmədiyi zaman damarlara qanla dolması halında belə problemlərin verə biləcəyini bildirir. Bu səbəblə dəri rəngində bir dəyişiklik müşahidə olunur. Uroloq Dr. Li Shusheng həkimlərin zaman keçdikcə normal dəri rənglərinə dönəcəklrini də bildirib.
Bu cür köklü dəyişikliklər nəticəsində yaranan nəticə digər orqanlara da problemlər yarada bilər. Türkiyədə, ya da indiyə qədər Çindən başqa heç bir ölkədə koronavirusa dair belə bir hadisə görünməyib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə